12 Oktyabr 2022 14:19
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan baş naziri Nikol Paşinyanla Qarabağdakı separatçıların lideri Arayik Arutyunyan arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökuməti aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Armen Xaçatryan bildirib.

O deyib ki, görüş yenicə başa çatıb: “Belə görüşlər vaxtaşırı olur”.

Ənənəyə uyğun olaraq Arutyunyanla görüş zamanı separatçıların əski parçası gözə dəyməyib.

Qeyd edək ki, separatçı Arutyunyan və digər cinayətkarlar hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ciddi narahat olublar. Araik Arutyunyan nümayəndə heyəti ilə İrəvana gələrək Paşinyandan Bakı ilə aparılan danışıqlar haqqında məlumat almağa çalışır.

Bir müddət əvvəl Arutyunyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasına buraxılmadığı haqda xəbərlər yayılmışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər