“Rusiya Avropa mallarını almağa hazırdır, amma Avropa ölkələri bunları satmır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bəzi statistik məlumatları qeyd etməyə bilmərəm. Avropalıların özlərinin hesablamalarına görə, 2021-ci ildə Rusiyaya ixrac 89.3 milyard avro, Rusiyadan idxal isə 162.5 milyard avro təşkil edib. Rusiyanın xeyrinə kəsir 73.2 milyard avrodur. Bu, 2021-ci ilə aiddir. Bu ilin ilk aylarında bu kəsir 103.2 milyard avroya yüksəlib. Səbəb nədir? Mallarımızı satırıq, Avropa mallarını almağa hazırıq, amma özləri satmırlar, bizim məhsullara isə embarqo qoyublar”, - Rusiya lideri qeyd edib.
Putin əlavə edib:
“Yenə bizi günahlandıracaqlar. Biz onların almaq istədiklərini bazar qiymətinə satırıq. Biz sizdən almağa hazırıq, amma siz satmırsınız. Kəsir artır. Rusiya ilə əməkdaşlıqdan imtina etməyə ehtiyac yoxdur, bu qədər”.