NATO müdafiə nazirlərinin iki günlük toplantısında iştirak etmək üçün quruma üzv 30 ölkənin təmsilçiləri Belçikanın paytaxtı Brüsselə gəliblər.
Teleqraf.com xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq görüşdən əvvəl Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu bəyan edib.
Baş katibi Rusiyanın Ukraynaya son həmlələrinin müharibə başlayandan bəri ən ciddi hücum olduğunu deyib:
“İclasın ən mühüm mövzusu Ukraynaya yeni hava hücumundan müdafiə sistemlərinin çatdırılması olacaq. Müttəfiqlər artıq hava hücumundan müdafiə sistemləri təqdim ediblər, lakin Ukraynanın daha çox ehtiyacı var”.