12 Oktyabr 2022 22:39
2 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynadakı əməliyyatlarda iştirak edən Birləşmiş Qüvvələrinin yeni baş komandanı general Sergey Surovikin Ukrayna şəhərlərinə kütləvi raket hücumunun yalnız icraçısıdır. Bu hücumların əsas təşəbbüskarı Rusiya Prezidenti Vladimir Putindir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.

Onun sözlərinə görə, Ukrayna şəhərlərinə kütləvi raket hücumunun hərbi baxımdan heç bir önəmi yoxdur. Eyni zamanda o, bunun əsas məqsədinin panika yaratmaq olduğuna diqqət çəkib, amma bunun baş vermədiyini iddia edib.

“Rusiya bütün cəbhələrdə məğlubiyyətlər yaşayır. Rus qoşunları geri çəkilməyə məcburdur, Ukrayna qoşunları irəliləyir və əvvəllər işğal edilmiş əraziləri işğalçılardan azad edir, ona görə də ruslar mülki infrastruktura qarşı müharibə taktikasına əl atıblar”, - Musiyenko vurğulayıb.

Eyni zamanda o, Surovikinin Suriyadakı rus qoşunlarına komandanlıq etdiyini deyib.

“Surovikin baş verənlərin icraçısıdır, ona ilham verən və buna təhrik edən isə Putindir, - Musiyenko söyləyib.

Ekspert həmçinin hesab edir ki, ruslar raket hücumlarının sürətini saxlaya bilməyəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər