9 Dekabr 2014 19:06
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı böhrana görə Qərb ölkələrilə problem yaşayan Rusiya prezidenti Vladimir Putin Özbəkistan və Hindistanı əhatə edən Asiya səfərinə çıxır.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Özbəkistanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yola çıxan Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü üçün Hindistana yaşıl işıq yandıracaq.

Putinin müşaviri Yuri Uşakov Hindistanın ŞƏT-ə üzvlüyü üçün rəsmi müraciət etdiyini və yaz dövründə Ufada keçiriləcək sammitdə Hindistanın tam üzvlüyünün reallaşacağını söyləyib.

Putinin Asiya turu dekabrın 10-da Özbəkistan ilə başlayır.


Samir


Müəllif:

Oxşar xəbərlər