13 Oktyabr 2022 00:26
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ordusunun Ukraynadakı bir sıra uğursuzluqlarına görə ölkəsinin artıq super güc olmadığını anlamağa başlayır.

Teleqraf.com xəbr verir ki, bu fikri Britaniyanın müdafiə naziri Ben Uolles "Evening Standard" qəzetinə müsahibəsində bildirib .

"O, indicə kəşf etdi ki, (Rusiya - red.) supergüc deyil. Bu, əsas məqamdır. Siz paradlarda nümayiş etdirdiyiniz tankların toxunulmaz olduğuna inanırsınız, amma reallıqda bu belə deyil" - deyə nazir vurğulayıb.

Britaniya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya qüvvələri Ukraynada “hərbi imkanları” və liderliyə nail olmaq üçün yalançı “strateji təxminlər” ucbatından uduzur.

"Onlar hər addımda Ukraynanı və Rusiyanı həddən artıq qiymətləndiriblər. Amma Putinin milyonlarla insanı var ki, zibilxanada yaşayırlar. Onlar günahsız insanlara və mülki şəxslərə hörmət etmədən ətçəkən maşına doldura bilər" - Uolles əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər