13 Oktyabr 2022 01:39
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məqsədimiz qarşılıqlı ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türkiyə ilə dinamik inkişaf edən ticarət-iqtisadi və investisiya əməkdaşlığı dəyərləndirərkən deyib.

O qeyd edib ki, Türkiyə Qazaxıstanda ilk 10 ən böyük investor arasındadır.

Ərdoğan və Tokayevin görüşünün yekunu olaraq birgə bəyanat qəbul edilib və 6 sənəd imzalanıb.

Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 1-ci dərəcəli “Dostluq” ordeni ilə təltif edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər