Böyük Britaniya hökuməti Ukraynaya ABŞ istehsalı olan NASAMS zenit-raket kompleksləri üçün raketlər verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ ilin sonunadək Ukraynaya 2 NASAMS tədarük edəcək. Növbəti 6 kompleks isə gələn il çatdırılacaq. London isə Ukraynaya əlavə 18 haubitsa yollayacaq.
Rusiya ordusunun Ukraynanın enerji şəbəkəsinə zərbəsindən sonra Birləşmiş Krallıq Kiyevə NASAMS sistemləri üçün raket tədarük etməyi qərara alıb.