“Məşhur inancın əksinə olaraq, Rusiya-Ukrayna müharibəsindən sonra Putinin daha zəif olduğu üzə çıxdı”.
Teleqraf.com xəbər verir ki, bunu Çexiya xarici işlər naziri Yan Lipavski deyib.
Nazir Putinin Rusiya-Ukrayna müharibəsi ilə bitirə bilməyəcəyi yola girdiyi üçün zəifləməyə davam edəcəyini bildirib:
“Putin gözləniləndən də zəif çıxdı. Rusiyada zəif lider olmaq çox vaxt şəxsi faciə ilə nəticələnir”.
Lipavski Almaniyanın keçmiş kansleri Angela Merkelin dövründə Avropada mövcud olan Rusiyaya mehriban yanaşmanın sona çatdığını söyləyib:
“Avropa Rusiyaya münasibətdə keçmiş səhvlərini təkrarlamaqdan çəkinməlidir. Merkelin dövrü bitdi. Rusiyaya qarşı bu siyasət başa çatıb. Mülki əhalini raketlərlə vurduğu və bunu açıq şəkildə etiraf etdiyi, Avropaya qarşı enerji və hibrid müharibə apardığı bir vaxtda Rusiya ilə münasibətləri necə yaxşılaşdırmaq istərdiniz? Avropa Rusiyanın təsirini məhdudlaşdırmağı öyrənməlidir. Zənn edirəm ki, Almaniya bunu başa düşür”.