Amerikanın “Maxar” şirkəti bir müddət əvvəl partlayışlar nəticəsində ciddi ziyan dəymiş Krım körpüsünün peykdən yeni görüntülərini yayımlayıb.
Teleqraf.com xəbər verir ki, “Maxar” şirkətinin peyk görüntüləri Tvitterdə paylaşılıb.
“Krımda çəkilmiş fotolarda körpünün dəmir yolu qolunda, eləcə də yolun avtomobil körpüsünün aşırımının zədələnmiş hissələrində aparılan təmir işləri görünür”, - məlumatda deyilir.
Peyk həmçinin körpüdən keçən nəqliyyat vasitələrini, eləcə də Kerç boğazından yük maşınlarını daşıyan bərəni qeydə alıb.
Məlumat üçün xatırladaq ki, oktyabrın 8-də Krım körpüsünün dəmir yolu qolunda partlayış baş verib, sonra güclü yanğına çevrilib. Nəticədə yol örtüyünün bir hissəsinin körpünün üzərinə çökdüyü məlum olub.