13 Oktyabr 2022 11:46
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsas məqsədimiz Rusiya-Ukrayna müharibəsinin ən qısa vaxtda dayandırılmasıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Qazaxıstanda keçirilən toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Rusiya-Ukrayna müharibəsində məqsədimiz meydandakı çətinliklərə baxmayaraq, əldə etdiyimiz sürətlə axan qanı tez bir zamanda dayandırmaqdır. Həmişə deyirəm ki, ədalətli sülhə diplomatiya yolu ilə nail olmaq olar. Müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində gərgin səylərimiz də bütün dünyanın rəğbətini qazanıb.

Ötən ay baş tutan əsir mübadiləsi bu istiqamətdə real uğurdur”, - Türkiyə lideri vurğulayıb.

Prezident Ərdoğan müasir İpək Yolunun dirçəldilməsindən də danışıb:

“Müasir İpək Yolunun dirçəldilməsinin tərəfdarıyıq. Dayanıqlı enerji məsələsi bütün dünyanın gündəmində birinci yerdədir. Həyat yoldaşım Əminə Ərdoğanla birlikdə sentyabr ayında cənab Quterreşlə imzalanan qlobal tullantıların idarə olunmasına dair niyyət bəyannaməsi bu işdə yol xəritəsi ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər