13 Oktyabr 2022 11:26
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstanın paytaxtı Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Teleqraf.com xəbər verir ki, Rusiya mediası görüşdə müzakirə olunacaq mümkün mövzuları açıqlayıb.

Kremldən görüşlə bağlı açıqlama gəlib. Rusiya Prezidenti Putinin müavini Yuri Uşakovun sammitlə bağlı açıqlamaları diqqət çəkib.

Yuri Uşakov Rusiya mətbuatına açıqlamasında Ərdoğandan “vasitəçilik” təklifini gözlədiklərini bildirib:

"Ərdoğan Putinə mümkün Rusiya-Qərb danışıqlarının formatları ilə bağlı təkliflərini rəsmi şəkildə təqdim edəcək. Hazırda mətbuatda yer alan fikirləri Ərdoğanın rəsmi şəkildə təqdim etməsini gözləmək olar. Çünki Rusiya, ABŞ və Qərbi Avropanın aparıcı dövlətləri də daxil olmaqla, müxtəlif vasitəçilik planları gündəmdədir. İndi çoxları deyir ki, türklər Ukrayna münaqişəsinin həlli kontekstində gələcək təşəbbüslər göstərməyə hazırdır. Ümid edirəm ki, bizi faydalı müzakirə gözləyir”.

Qeyd edək ki, ötən gün Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna görüşünə ev sahibliyi etmək təklifini müzakirə edə bilərlər.

Digər tərəfdən Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Konfransında açıqlama verən prezident Ərdoğan Rusiya-Ukrayna müharibəsindən danışaraq deyib ki, məqsəd axan qanı bir an əvvəl dayandırmaqdır.

Birləşmiş Millətlər Təşkilatı da bu gün Qazaxıstanda prezident Ərdoğan və Rusiya prezidenti Putinin görüşünün taxıl sazişinin uzadılması və genişlənməsinə töhfə verməsini arzulayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər