Krım körpüsünün partladılmasının əks-sədaları davam edərkən, ortaya atılan iddia durumu fərqli məcraya apara bilər.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın aprel ayında Ukraynaya verdiyi sualtı pilotsuz uçan aparatın Krım körpüsünə hücumda istifadə olunduğu ehtimal edilir.
İngiltərənin “DailMail” qəzeti partlayışdan az əvvəl körpünün altındakı obyektin görüntüsünün bu iddianı gücləndirdiyini yazır.
Məlumata görə, ABŞ-ın Ukraynaya verdiyi silah yardımına sualtı dronlar da daxil edilib. Yeni görüntülər körpünün aşağıdan vurulduğu təəssüratı yaradır.
Yeni yayılan kadrlarda partlayışdan bir az əvvəl Krım körpüsünün altında bir obyekt əks olunub.
Bu obyektin sualtı dorn ola biləcəyi iddia edilir.