14 Oktyabr 2022 12:48
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna müharibəsində vasitəçilikdə uğur qazanan yeganə ölkə Türkiyədir”.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyyarto deyib.

Nazir Türkiyənin bu səylərini dəstəklədiklərini bildirib:

“Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaşım xarici işlər naziri Mövlud Çavuşoğlunun sülh üçün göstərdiyi səyləri ürəkdən dəstəkləyirik. Real danışsaq, Türkiyə bu günə qədər vasitəçilikdə uğur qazanan yeganə ölkədir”.

Siyyarto Ukraynadan taxıl ixracına dair sazişin vasitəçilik baxımından hələlik yeganə uğurlu müqavilə olduğunu vurğulayıb:

“Cənab Çavuşoğlu ilə bir neçə həftə əvvəl Nyu-Yorkda görüşdük və mən ondan müharibənin darmadağın etdiyi bölgənin qonşuları olduğumuz üçün vasitəçilik üçün səylərini davam etdirməsini xahiş etdim. Biz sülh istəyirik. Sülh yalnız danışıqlar yolu ilə əldə edilə bilər. Ona görə də ümid edirik ki, Türkiyə vasitəçilik səylərində gələcəkdə daha da uğurlu olacaq”.

Macar nazir Prezident Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarının sülhə gətirib çıxaracaq nəticələr verəcəyinə ümid etdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər