14 Oktyabr 2022 11:56
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son üç gün ərzində Rusiya hərbi qüvvələri Baxmut istiqamətində taktiki hücum həyata keçirərək, Baxmutdan cənubda Opıtnı və İvanqrada qədər irəliləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Məlumatda deyilir ki, döyüşlərdə əsasən Luqanskdakı separatçı qüvvələr, Rusiyanın İkinci Ordu Korpusunun bir hissəsi və “Vaqner” silahlıları iştirak edir.

“Çox güman ki, Rusiya Baxmutun ələ keçirilməsini Donetsk vilayətinin Kramatorsk-Slovyansk ərazilərinə hücuma hazırlıq kimi qiymətləndirir”, - kəşfiyyat bildirir.

Rusiyanın Donbasda hücum əməliyyatlarını davam etdirdiyi, amma çox ləng irəlilədiyi də vurğulanır.

Ümumi əməliyyat planı Ukrayna ordusunun şimal və cənub cinahlarına təzyiqi, eləcə də sursat və canlı qüvvənin kəskin çatışmazlığı səbəbindən pozulur.

Ukrayna ordusunun cənubda əks-hücum əməliyyatlarını davam etdirdiyi də deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər