Ukrayna Silahlı Qüvvələri gələn həftəyə qədər Xerson vilayətini geri ala və Dnepr çayının sağ sahilini azad edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” hərbi mənbələrə istinadən yazır.
Nəşr Ukrayna ordusunun irəliləməsinə adekvat olaraq, Rusiya hərbi qüvvələrinin bölgədəki insanları təxliyə etməyə başladığını iddia edir.
Qəzetin bəzi mənbələrinin fikrincə, bu, Rusiyanın həlledici döyüşə hazırlığından xəbər verir.
Ukrayna qüvvələri bu ayın əvvəlində Xersonda cəbhə xəttini yarıb. Rusiya Müdafiə Nazirliyi də etiraf edib ki, bu, fevralda müharibənin başlamasından bəri Ukraynanın cənubda ən böyük irəliləyişidir.
Ukrayna ordusu son əməliyyatlarda Dneprdən qərbdə önəmli əraziləri geri alıb.