14 Oktyabr 2022 12:32
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hava hücumundan müdafiə qüvvələri bu gün Rusiya ordusunun İran istehsalı 8 kamikadze pilotsuz təyyarəsini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat verib.

“Səkkiz kamikadze pilotsuz uçan aparat məhv edilib. Hava hücumundan müdafiə qüvvələri cənub və şərq istiqamətlərində səkkiz “Şahed-136” dronunu sıradan çıxarıb”, - məlumatda deyilir.

İran dronlarından 5-i Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələri, 3-ü isə Silahlı Qüvvələrin Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu