14 Oktyabr 2022 13:23
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko döyüş hissələrinə əlavə şəxsi heyətin cəlb edilməsi üçün ölkədə gizli səfərbərlik həyata keçirmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Naşa Niva” nəşri hərbi mənbələrə istinadən yazır.

İddiaya görə, səfərbərlik hərbi hazırlığın və çağırışçıların döyüş qabiliyyətinin yoxlanılması adı altında baş tutacaq.

Nəşr bildirir ki, ilk mərhələdə səfərbərliyə kənd yerlərindəki çağırışçılar cəlb olunacaq.

Belarus Silahlı Qüvvələrinin zabiti “Naşa Niva”ya deyir ki, səfərbərliyə 2000-ə qədər şəxsin cəlb edilməsi planlaşdırılır.

Nəşrin anonim həmsöhbəti qeyd edir ki, səfərbər olunanların sayı 5000-ni keçərsə, ”həyəcan təbili” çalmaq lazım gələcək. 10 minlik çağırışın isə ölkədə qarışıqlığa səbəb ola biləcəyini iddia edir.

Ukrayna nəşri Belarus liderinin bu addımının Rusiya ordusunun itkilərini kompensasiya etmək məqsədi daşıdığını yazır.

Mənbə Lukaşenkonun bir gün əvvəl ölkədə “antiterror əməliyyatı rejimi” tətbiq etdiyinə diqqət çəkir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər