“Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı çoxşaxəli səylərini davam etdirir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
Nazir əvvəldən də Ukraynanın ərazi bütövlüyünə önəm verdiklərini bildirib:
“Biz Ukraynanın dörd bölgəsinin Rusiyaya ilhaqının əleyhinə olduğumuzu açıqlamışıq. 2014-cü ildən bu qərarımızı və siyasətimizi davam etdiririk. Krımın ilhaqını heç bir şəkildə qəbul etməmişik. Bu baxımdan Türkiyənin mövqeyinin çox yaxşı olduğunu söyləyə bilərik. Çünki Krımın ilhaqını tanımadıq. Bəziləri 2014-cü ildə harada idi? Türkiyənin bu məsələ ilə bağlı aşkar siyasətini hər kəs anlamalıdır”.
Akar Türkiyənin Qara dənizin strateji mübarizə deyil, sabitlik bölgəsini olaraq saxlanılmasında mühüm rola malik olduğunu vurğulayıb:
“Biz bir hərbi gəminin Qara dənizə girib-çıxmasına və ya oradan çıxmasına icazə vermədik və vermirik. Qara dənizin döyüş meydanına çevrilməsinin qarşısını aldıq. Qara dənizdəki sabitlik Türkiyənin növbəti uğurudur”.