9 Dekabr 2014 19:59
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel ölkənin ARD və ZDF telekanallarına müsahibə verərkən qəflətən özünü pis hiss edib. O, jurnalistlərlə ünsiyyəti dayandırmalı olub və bir müddət sonra geri qayıdıb. Teleqraf.com-un məlumatına görə, bu barədə Lenta.ru Almaniya KİV-ə istinadən xəbər yayıb.

Hökumətin nümayəndəsi Şteffen Zaybert deyib: "Kanslerin halı qəflətən pisləşib, o, yeyib-içdikdən sonra müsahibəni davam etdirib".

“Bild” qəzeti hökumət başçısının nə yediyini daha ətraflı təsvir edib: “Merkel kotletin dadına baxıb, isti kartof salatı yeyib və şərab içib”.

Hökumət başçısı müsahibəni Almaniyanın Xristian Demokrat İttifaqının dekabrın 8-dən 10-dək Kölndə keçirilən 27-ci qurultayı zamanı verib. Qurultayda xristian demokratlar partiya sədrini seçməlidirlər. Çox güman, A.Merkel ardıcıl səkkizinci dəfə sədr postuna seçiləcək. Bu posta başqa namizəd yoxdur.


Müəllif:

Oxşar xəbərlər