15 Oktyabr 2022 12:25
1 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrandan “Şahid” kamikadze pilotsuz uçan aparatlar (PUA) alan rusların bu yöndə problemlərlə üzləşəcəkləri gözlənilən idi”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

“Şahid-131”-lərlə bağlı hər şey aydındır. Çinin MDR-208 mühərrikinin İran kopyası, o da öz növbəsində Britaniyanın AR731-dən kopyalanıb, bütün bunlar Rusiyanın daha kiçik PUA-lardan istifadə etməyə başladığını göstərir”, - ekspert bildirib.

Kovalenkonun sözlərinə görə, bu, gözlənilən idi, çünki “Şahid-136”-lar İranda kütləvi istehsal olunmayıb, kustar üsulla hazırlanmış, kiçikhəcmli pilotsuz təyyarələrdir.

Ekspert əlavə edib ki, ruslar Ukraynada bir neçə növ İran PUA-larından istifadə edirlər: “Şahid-136”, “Mühacir-6”, “Yasir” və “Əbabil-2”, indi isə “Şahid-131”.

Kovalenko qeyd edib ki, Ukrayna təkcə “dünyanın ikinci ordusu”nu yox, həm də Rusiyanın bütün müttəfiqlərini məhv edir:

“Məsələn, İranı. Məncə, buna görə İsrail və Səudiyyə Ərəbistanı bizə minnətdar olmalıdır”.

Ukrayna müdafiə naziri Aleksey Reznikov bildirib ki, hazırda Rusiyada 300-ə yaxın İran PUA-sı xidmətdədir.

Ukrayna Prezidenti Vladimir Zelenski isə Rusiyanın İrandan 2400 dron sifariş etdiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər