“İranda etirazlar hələ uzun müddət davam edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
O əlavə edib ki, ABŞ etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsinin əleyhinədir.
“İran vətəndaşlarını və cəsur qadınlarını dəstəkləyirik” – Bayden söyləyib.
Onun sözlərinə görə, həm qadınların, həm də kişilərin söz azadlığı və toplaşmaq hüquqları olmalıdır: “Bütün dünyada qadınlar müxtəlif təqiblərə məruz qalırlar, heç kim onlara necə geyinmək göstərişi verməmilidr”.
Bayden İran hakimiyyətini sadə hüquqlardan istifadə edən vətəndaşlara qarşı zorakılığı dayandırmağa çağırıb.
Onun sözlərinə görə, səhvən hicab qaydalarını pozduğu üçün həbs edilən Məhsa Əmininin ölümündən sonra İranda yaranan etiraz dalğasına heyrət edib.
“Buna görə uzun müddət sakitləşdirilməyəcəyini düşündüyüm oyanış baş verdi”, - Bayden qeyd edib.
İranda sentyabrın 17-dən kütləvi etiraz aksiyaları keçirilir. Bunun səbəbi 22 yaşlı Məhsa Əmininin molla rejiminin “əxlaq polisi” tərəfindən qətlə yetirilməsidir. Məhsanın işgəncə ilə öldürülməsi İranda kütləvi xalq itaətsizliyinə səbəb olub.
Baş verənlər İranda son illərin ən ciddi etirazlarıdır. İnternetdə nümayişlərdə etirazçılara polis tərəfindən yaxın məsafədən atəşin açılmasını və dinc insanlara zorakılığın digər formalarını əks etdirən videolar yayımlanır.