15 Oktyabr 2022 15:37
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO İranın kamikadze pilotsuz təyyarələr istehsal edən fabrikinə qabaqlayıcı zərbə endirə bilər, çünki Rusiya bu dronlardan dinc əhaliyə qarşı terror vasitəsi kimi istifadə edir”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert və Ukrayna Hava Desant Qüvvələrinin keçmiş komandanı general İvan Yakubets deyib.

“Bu məsələdə siyasi qərara ehtiyacımız var. Rusiyanın İrandan 2400 ədəd pilotsuz uçan aparat almasına mane olmaq lazımdır. İran bunları başqa ölkələrlə birlikdə istehsal edir. Məsələn, istehsal həm də Suriya və Tacikistanda həyata keçirilir”, - general söyləyib.

Yakubets vurğulayıb ki, komponentlərin əldə edilməsi yollarının bağlanması üçün tədbirlər görmək lazımdır:

“NATO qüvvələri tərəfindən qabaqlayıcı zərbələrin endirilməsi də mümkündür. “Şahid”lər hərbi alət kimi deyil, dinc əhaliyə qarşı terror vasitəsi kimi istifadə olunur. Bu, belə vasitələr istehsal edən fabrikin vurulması ehtimalını ehtiva edir. Bu dronlar Suriyaya qarşı istifadə olunub. Bu yolla biz bu dronlardan gələn zərəri azalda bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər