15 Oktyabr 2022 16:02
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə Liberal Mühafizəkarlar Partiyası hökumət qurmaq üçün anlaşıb.

Teleqraf.com xəbər verir ki, partiyanın lideri Ulf Kristersson sağ blokdan olan Liberal Partiya və Xristian Demokrat Partiyası ilə üçlü koalisiya quracağını, sağçı İsveç Demokratlar Partiyasının isə yeni hökumətin qurulması prosesini kənardan dəstəkləyəcəyini açıqlayıb.

Gələn həftə baş nazir kürsüsünə oturacağı gözlənilən Kristersson Türkiyə ilə NATO üzvlüyünə dair razılaşma ilə bağlı da açıqlama verib.

Siyasətçi Türkiyə, İsveç və Finlandiya arasında sıx təmas trafikinin olduğunu deyib:

“Müqaviləyə sadiq qalacağıq və şərtlərə əməl edəcəyik. Düşünürəm ki, bu proses yaxşı nəticələnəcək”.

Kristersson Türkiyə ilə anlaşa biləcəklərinə ümid etdiyini bildirib:

“Finlandiya və İsveç alyansa tərəfdaş kimi qoşulmaq istəyir və digər NATO ölkələri də bunun tərəfdarıdır. İnanıram ki, Türkiyəni bu məsələdə razı sala bilərik”.

Türkiyə ilə yanaşı, Macarıstan da hələlik iki ölkənin NATO-ya üzvlüyünü təsdiqləməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər