“Ukraynada müharibəni dayandırmaq və danışıqlara qayıtmaq lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Zelenskiyə danışıqlara getmək qadağan edilib. Kim? Üç dəfə düşünün. O, müstəqil deyil. Hər gün minlərlə insan ölür. Mülkilər də daxil olmaqla... Onların heç bir günahı yoxdur. Beləliklə, gəlin bu münaqişəni dayandıraq”, - Belarus lideri vurğulayıb.