15 Oktyabr 2022 23:59
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko son vaxtlar rusiyalı həmkarı Vladimir Putinlə münasibətləri gücləndirdiyini, iki dövlətin liderlərinin bir-birinə güvəndiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, ABŞ-ın NBC telekanalına müsahibəsində danışıb.

“Heç kimdə Belarus və Rusiya prezidentləri arasında olduğu səviyyədə münasibət yoxdur. Bu yeganədir. Son vaxtlar əlaqələrimiz yalnız intensivləşib və möhkəmlənib. Biz bir-birimizə tam etibar edirik. Buna görə də ünsiyyətdə praktiki olaraq heç bir problem yoxdur”, - Lukaşenko qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər