15 Oktyabr 2022 21:29
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ və müttəfiqləri lazım olduğu müddətdə Ukraynaya hərbi yardım göstərəcək və onları silahlarla təmin edəcək"

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder öz tvitter hesabında yazıb.

"Biz Ukrayna ordusunu döyüş meydanında əsas silahlarla təmin etmək üçün müttəfiqlər və tərəfdaşlarla yaxından danışıqlar aparırıq. Ölkəni müdafiə etmək üçün apardıqları mübarizədə Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

Bundan əvvəl "Fox News" telekanalı bildirmişdi ki, Birləşmiş Ştatların Ukraynaya yardım kimi göstərə biləcəyi potensial ehtiyatları tezliklə tükənəcək.

Telekanalın məlumatına görə, ABŞ Kiyevə müasir silahların, o cümlədən HIMARS reaktiv yaylım atəş sistemlərinin, tank əleyhinə “Javelin” raketlərinin, “Stinger” zenit-raket komplekslərinin və M-777 haubitsalarının çatdırılmasını ləngitmək niyyətindədir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər