16 Oktyabr 2022 19:13
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin diaspor naziri Nəhman Şai İranın Rusiyaya PUA və ballistik raketlər satdığını əsas gətirərək ölkəsinin Ukraynaya hərbi yardım etməsinin vacibliyini vurğulayıb.

Teleqraf.com xəbər verir ki, o, Twitter-də yazıb.

“Bu səhər məlum oldu ki, İran Rusiyaya ballistik raketlər ötürür. Bu qanlı münaqişədə İsrailin hansı mövqe tutacağına artıq heç bir şübhə yoxdur. Ukraynaya ABŞ və NATO ölkələri tərəfindən hərbi yardımın verilməsinin vaxtı çatıb”.

Bundan əvvəl “The Washington Post” yazıb ki, Rusiya İranla yeni silah tədarükü ilə bağlı razılığa gəlib.

Moskva və Tehran Rusiya tərəfindən İran pilotsuz təyyarələrinin alınmasını dəfələrlə təkzib ediblər.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Donbası qorumaq üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər