Rusiyanın Belqorod vilayətinin Soloti kəndindəki poliqonda baş verən qətliamın səbəbi açıqlanıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hərbi hissədəki mənbə silahlı münaqişənin kökündə dini motivin dayandığını deyib.
"Hərbi hissə komandiri əsgərlər qarşısında çıxış edərək Ukraynaya qarşı müqəddəs amal uğurunda müharibə aparıldığığını bəyan etdi. Bu zaman müsəlmanlar - Dağıstan və Azərbaycandan olan hərbçilər bu müharibədə onlar üçün heç bir müqəddəsliyin olmadığını, ümumiyyətlə, savaşın onlara hər hansı aidiyyətinin olmadığını və döyüşmək istəmədiklərini bildiriblər.
Komandir, polkovnik-leytenant Andrey Lapin dini çıxışını davam etdirib və müsəlmanlar haqqında bəzi aşağılayıcı fikirlər işlədib. Hətta komandirlər arasındakı müsəlmanlar da komandirin fikirlərilə razılaşmayıblar.
Üç tacik - baş cavuş Bikzot, kiçik cavuş Ami (o, qaçmağa müvəffəq olub) və Anuş pulemyota sarılaraq müsəlman hərbçilərə kənara çəkilmələri barədə çağırış ediblər.
Və məlum hadisə baş verib. Başda polkovnik-leytenant Lapin olmaqla 29 hərbçi öldürülüb.
Semyonov adlı gizir iki taciki öldürüb, üçüncüsü isə yaralanaraq qaça bilib.