İngiltərə Premyer Liqasında XI tur davam edir.
Teleqraf.com xəbər verir ki, bu gün turun mərkəzi matçında “Liverpul” “Mançester Siti”ni qəbul edib.
Görüş Mersisayd klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu matçın 76-cı dəqiqəsində Məhəmməd Salah vurub.
Bu nəticədən sonra “Liverpul” 13 xalla 8-ci, “Mançester Siti” 23 xalla 2-cidir.
Turnir cədvəlinə 27 xalla “Arsenal” başçılıq edir.