Rusiya Belarusa birgə qoşun növü yaratmaq üçün 9 min hərbçi göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, artıq qoşunlar Rusiyadan gəlməyə başlayıb. Onların dislokasiyası bir neçə gün vaxt aparacaq. Daha ətraflı məlumat bazar ertəsi keçiriləcək mətbuat konfransında veriləcək.