Amerikalılar 2024-cü il prezident seçkilərində Co Baydenə səs vermək istəmirlər.
Teleqraf.com xəbər verir ki, sorğuya əsasən, respondentlərin yalnız 33%-i dövlət başçısının yenidən seçilməsini dəstəkləyir, amerikalıların 54%-i isə onu prezident kimi görməkmistəmir.
Bildirilib ki, bu ilin yanvarında sorğuda iştirak edənlərin təxminən 36%-i Baydeni dəstəkləyib, 60%-i isə ona qarşı çıxıb.
Respondentlərdən Demokratlar Partiyasının tərəfdarları arasında Baydenin ikinci müddətə seçilmək istəyini 71%, Respublikaçıların tərəfdarları arasında isə başqa namizədə səs verməyə hazırlaşanlar 91% olub. Müstəqil seçicilər arasında rəyi soruşulanların yalnız 13%-i Baydeni dəstəkləməyə hazırdır. 54%-i isə öz səsini başqasına verməyin tərəfdarıdır.