Rusiya Prezidenti Vladimir Putinin hazırda Ukrayna ilə müharibədə ələ keçirilən əraziləri itirməmək, qüvvələri yenidən toplamaq və ehtiyatlar hazırlamaq üçün kritik şəkildə atəşkəsə ehtiyacı var.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj bildirib.
“Atəşkəs onunla bağlıdır ki, Putin bütün cəbhələrdə açıq-aşkar uduzur. O, əlbəttə ki, öz səhvlərini kompensasiya etməyə çalışdı. Donetsk istiqamətində yeni hücumlarla, amma faktiki bu da alınmadı. Xerson istiqamətindən əks-hücumu saxlamaq çox çətindir”,- ekspert deyib.
General əlavə edib ki, Rusiya Federasiyasının rəhbəri küncə sıxışıb, amma yenə də təhlükəlidir: “Onun hələ də potensialı var, amma indi o, hər şeydən əvvəl bu əraziləri itirməməsi üçün kritik şəkildə bir növ atəşkəsə ehtiyac duyur, bu, birinci komponentdir”.
Malomujun sözlərinə görə, Rusiya tərəfi qüvvələrini yenidən toplamalı, ehtiyatlar hazırlamalıdır, çünki indi cəbhəyə səfərbər olunanlar ya təslim olur, ya qaçır, ya da ölürlər: “Ona görə də orada 80 təlim mərkəzi yaradılıb və artıq Sergey Şoyqu deyir ki, orada iki-üç ay ərzində yeni ehtiyatlar effektiv şəkildə hazırlanacaq. Bu yeni ehtiyat, təbii ki, hazırlana bilər və bu, Ukrayna üçün problem olacaq”.