10 Dekabr 2014 08:24
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bir sıra ölkəni əhatə etmiş “rəngli inqilab”ın ölkə daxilində baş verməsindən çəkinmir.

Teleqraf.com-un verdiyi xəbərə görə, bunu “RİA Novosti”-yə açıqlamasında Türkiyənin baş nazirin müavini Yalçın Akdoğan bildirib.

“Türkiyədə “siyasi mühəndislik”, yəni xaricdən müdaxilə cəhdləri olmuşdur. Yəni xarici qüvvələr daxildəki müxtəlif qüvvələrin köməyi ilə hökuməti devirməyə çalışıblar. Çox irimiqyaslı arsenal işə salınmışdır – Gəzi etirazları, telefon danışıqlarının dinlənməsi və montajı, korrupsiya qalmaqalları, lakin bütün bunlar nəticə vermədi. Burada əsas tərkib hissə - xalq var. Xalq bizimlə olduqca, özümüzü qətiyyətli, inamlı hiss edirik”, deyə Akdoğan qeyd edib.


Müəllif:

Oxşar xəbərlər