18 Oktyabr 2022 08:00
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.

Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.

XXX

Rusiaynın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 4 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi bölgənin operativ qərargahının "Telegram" kanalında deyilir.

Eyni zamanda, 25 nəfərin xəsarət aldığı da qeyd edilir.

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

XXX

Rusiyanın Krasnodar vilayətinin Yoysk şəhərində hərbi təyyarə yaşayış binasının həyətinə düşüb.

Teleqraf.com xəbər verir ki, “Su-34” təyyarəsi Yoysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşdükdən sonra yanğın 9 mərtəbəli binaya keçib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Təyyarənin heyəti katapulta olub.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər