Rusiya son bir həftədə İranın pilotsuz təyyarələri ilə Ukraynanın bir sıra şəhərlərində yaşayış binalarına və infrastruktur obyektlərinə yüzdən çox zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bəyanatda bildirilir ki, bu hücumlar nəticəsində onlarla insan, o cümlədən uşaqlar həlak olub və yaralanıb: “Baş verənlər İranın Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətinə şərik olduğunu göstərir. Tehran Rusiyaya istənilən silah tədarükünü dərhal dayandırmalıdır. Əks halda İran beynəlxalq məhkəmələrdə ən ciddi məsuliyyət daşıyacaq".