Ukraynanın Milli Yaddaş İnstitutu bir il ərzində Ukraynada Vladimir İliç Leninin 504 abidəsinin söküldüyü barədə məlumat yayıb.
Teleqraf.com BBC telekanalına istinadla xəbər verir ki, ölkədə kommunist liderinin hələ 1700-ə qədər abidəsinin qaldığı bildirilir.Ukraynada bu proses keçən il dekabrın 8-dən etibarən başlanıb.
Həmin gün Leninin Kiyev şəhərinin mərkəzindəki heykəli sökülmüşdü.İnstitutun məlumatına görə, sökülən abidələrin çoxu Xmelnitski və Vinnitsk vilayətlərinin payına düşür.