18 Oktyabr 2022 10:19
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın gündəlik neft hasilatının azaldılması ilə bağlı OPEC+ qrupunun qərarına qarşı Səudiyyə Ərəbistanına xəbərdarlıq etdikdən və ittihamlar səsləndirikdən sonra bir çox ərəb ölkəsindən Ər-Riyadla həmrəylik və dəstək mesajları gəlib.

Teleqraf.com xəbər verir ki, Mərakeş, Misir, Bəhreyn, Fələstin, Yəmən, Oman, Əlcəzair, BƏƏ, İraq və Küveytin Xarici İşlər Nazirlikləri bu prosesdə Səudiyyəni dəstəklədiklərini açıqlayıb.

Açıqlamalarda bu ölkələrin OPEC+ qrupunun qərarı ilə bağlı ABŞ-ın ittihamlarına və təhdidlərinə məruz qalan Səudiyyə Ərəbistanının yanında olduqları bildirilib.

OPEC+ qrupunun qərarının üzv dövlətlər tərəfindən birgə qəbul edildiyi və bunun arxasında heç bir siyasi məna olmadığı vurğulanıb və ABŞ öz mövqeyini yumşaltmağa çağırılıb.

Verilən qərarların iqtisadi xarakter daşıdığı deyilib.

OPEC+ qrupu ölkələrinin energetika və neft nazirləri oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilən toplantıda noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barel azaldılması barədə qərar qəbul ediblər. Bu qərardan sonra Ağ Ev ABŞ Prezidenti Baydenin Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən nəzərdən keçirdiyinə dair açıqlama verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər