18 Oktyabr 2022 14:58
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Yunanıstan və Türkiyə arasında tərəf tutmur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Ceffri Fleyk deyib.

“Son vaxtlar mənə tez-tez sual verirlər ki, Egeydə təhlükəsizliklə bağlı ABŞ-ın mövqeyində dəyişiklik olubmu? Bu suala cavabım “yox”dur. NATO müttəfiqlərimiz Türkiyə və Yunanıstanla təhlükəsizlik sahəsində əməkdaşlığımız tərəfdaşlardan birinin xeyrinə tərəf tutmağa və ya tarazlığı pozmağa əsaslanmır”, - səfir söyləyib.

Fleyk bildirib ki, hazırda birgə səylər Rusiyanın Ukraynada amansız müharibəsinə son qoymağa yönəlib.

Səfir Türkiyənin xüsusilə ərzaq təhlükəsizliyini daha yüksək səviyyəyə çıxararaq və Ukrayna ilə Rusiya arasında dialoqu inkişaf etdirərək dəyərli dəstək verməyə davam etdiyini bildirib.

“Yunanıstanla müdafiə sahəsində əməkdaşlığımız Ukrayna və Mərkəzi-Şərqi Avropadakı müttəfiqlərimizi dəstəkləyərək, NATO-nun şərq cinahını gücləndirir. NATO müttəfiqlərimiz Türkiyə və Yunanıstanla bölüşdüyümüz əsas hədəfimiz bütün regionda sülh, təhlükəsizlik və sabitliyi təmin etməkdir”, - Fleyk vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər