“İran İsrailə hücum etmək üçün Rusiyanın təkmilləşdirdiyi “Şahid-136” kamikadze dronlarından istifadə edə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun fikrincə, ilk növbədə İsrail bu qatil dronların modernləşdirilməsini diqqətdə saxlamalıdır.
“Bu gün Rusiyanın Ukraynada “Şahid-136”lardan kütləvi formada istifadə etdiyini görürük. Bəs sabah və ya bir həftə sonra həmin “Şahid-136”ların Təl-Əvivdəki hədəfləri vurmayacağına kim zəmanət verə bilər?” – ekspert vurğulayıb.
Kovalenko bildirib ki, ruslar İrandan aldığı kamikadze pilotsuz uçan aparatlarında bələdçilik sistemini dəyişdiriblər, nəticədə onlar daha dəqiq, uzaqmənzilli və daha da təhlükəli olublar.
“Əvvəllər bu dronlardan istifadənin effektli diapazonu təxminən 170-200 kilometr idisə, indi əlavə tənzimləmə hesabına məsafə artırılıb”, - ekspert deyib.