19 Oktyabr 2022 08:29
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Ukraynaya silah satmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə müdafiə naziri Beni Qans bildirib.

"Biz Ukraynaya silah satmamışıq. Biz onlara tibbi və humanitar yardım göstərmişik. Bir daha bəyan edirəm: Ukraynaya silah satmamışıq" - deyə, o bildirib.

Beni Qans İsrailin diasporla iş üzrə naziri Naxman Şayın Ukraynaya silah satılmasının vacibliyinə dair açıqlamaınıa belə cavab verib:

"Naxman Şay yanılır. Mən müdafiə naziri kimi silah ixracına cavabdehəm. Onun istədiyi baş verməyəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər