Ukrayna Silahlı Qüvvələri rus ordusuna ağır zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığından məlumat verilib.
“Yujnobuq əməliyyat zonasında vəziyyət heç bir ciddi dəyişikliyə məruz qalmayıb. Bu ərazi müdafiə qüvvələri tərəfindən sabit nəzarətdədir. Ruslar müdafiəyə oturub və ələ keçirilmiş ərazilər saxlamağa çalışır. Döyüş xətti boyunca mövqelərimizə atəşlər davam edir. Bu zaman qırıcılardan, MLRS, lüləli artilleriya və minaatanlardan istifadə edilir”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, Ukrayna qoşunlarının mövqeyinin dəqiqləşdirilməsi və artilleriya atəşinin tənzimlənməsi məqsədilə ruslar tərəfindən fəal şəkildə hava kəşfiyyatı aparılır:
“Berislavski rayonunun bu yaxınlarda azad edilmiş Petropavlovka və Trifonivka yaşayış məntəqələri “Qrad” və “Uraqan” raket sistemlərindən iki dəfə atəşə tutulub. İtki yoxdur. Rus aviasiyası Davydova Broda rayonuna üç zərbə endirib”,
Ukrayna aviasiysı rusların dayaq məntəqələri və qüvvə və vasitələrinin cəmləşdiyi ərazilərə 15 zərbə endirib.
Rusların itkiləri 84 raket, 2 özüyeriyən iriçaplı “Akasiya” və “Msta-S” tipli haubitsa, bir tank, 3 ədəd zirehli texnika, həmçinin Berislavski və Baştanskidəki 3 sursat anbarıdır.
Qara dənizdə rus donanmasının gəmi qruplaşması 9 vahiddir ki, onlardan 2 zenit raket və 16 Kalibr raketi olan 2 raketdaşıyıcı aktiv fəaliyyətə hazırdır”.