Rusiyada qismən səfərbərlik ağır nəticələr verir.
Teleqraf.com xəbər verir ki, ISW analitiklərinin yeni hesabatında belə deyilir.
ISW-nin fikrincə, Rusiya Federasiyasında qismən səfərbərliyin qeyri-bərabər həyata keçirilməsi Rusiya informasiya məkanını etnik azlıq icmalarını daha da marginallaşdırmağa sövq edən sosial çatlara səbəb olur.
Analitiklər qeyd ediblər ki, Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində səfərbərliyin oktyabrın 17-də başa çatdığını təsdiqləyib:
"Ancaq Rusiyanın mülki əhalisi səfərbərlikdən narazılıqlarını ifadə etməkdə davam edirlər.
Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün öz ərazisinindən və hava məkanından istifadəyə icazə verir. Buna baxmayaraq ölkənin Rusiya tərəfindən müharibəyə girməsi ehtimalı çox azdır.
Rusiya qoşunları itirilmiş mövqelərini bərpa etmək məqsədilə oktyabrın 18-də Xarkov vilayətinin şimalında məhdud quru hücumu həyata keçirib. Ukraynanın son əks-hücumları zamanı böyük itkilərə baxmayaraq, ruslar Xarkov vilayətində ərazi iddialarını saxlaya bilər. Onlar Baxmut və Avdeevka yaxınlığında da quru hücumlarını davam etdirirlər".
Ekspertlər bəyan ediblər ki, Rusiya ordusu aviasiya, raket və dronlardan istifadə etməklə Ukraynanın mülki infrastrukturunun kritik obyektlərinə zərbələr endirir:
"ABŞ İranın Rusiyaya satdığı PUA-lardan istifadə etmək üçün rus əsgərlərinə Krımda təlim keçdiyini təsdiqləyib.
Ukrayna qüvvələri Xerson vilayətinin mərkəzi hissəsində Rusiyanın quru rabitə xətlərinə və sursat anbarlarına zərbələr endirməkdə davam edir. Öz növbəsində ruslar Ukrayna qüvvələrinin irəliləməsi səbəbindən Xerson vilayətinin şimalında olan vətəndaşları Moskvaya getmələri üçün işlər görürlər".