19 Oktyabr 2022 11:17
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri Rusiyanın ilhaq etdiyi Krıma gəlib və Rusiya hərbçilərinə “Şahed-136” kamikadze pilotsuz uçan aparatlarından istifadə etmək üçün təlim keçir.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin hesabatında deyilir.

Hesabatda bildirilir ki, Ukraynadakı iranlı personal yəqin ki, pilotsuz təyyarələrin təlimatçılarıdır:

"Lakin iranlı təlimatçılar pilotsuz təyyarələri özləri idarə edir, yoxsa sadəcə Rusiya hərbçilərinə bunu öyrədir?.. Məsələ aydın deyil".

ABŞ bəyan edib ki, BMT Təhlükəsizlik Şurasında Rusiyaya İran PUA-larının tədarükü ilə bağlı məsələni qaldıracaq

Ekspertlər qeyd edirlər ki, sentyabrın ortalarından etibarən Rusiya hərbçiləri Ukraynadakı mülki hədəflərə qarşı onlarla “Şahed-136” göndərib.


Müəllif: Nemət

Oxşar xəbərlər