19 Oktyabr 2022 11:46
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Krıma qarşı istənilən iddiadan əl çəkməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı milyarder Bill Ekman deyib.

İş adamı ABŞ-ı yalnız Ukrayna öz sərhədlərini fevralın 24-dən əvvəl olduğu xəttə qaytarana qədər hərbi dəstəyi davam etdirməyə çağırıb.

“Fevraldan əvvəlki status-kvoya qayıtsaq, Rusiya təcavüzünə görə mükafat almayacaq və Ukrayna Qərbin dəstəyi ilə dərhal bərpa olunmağa başlaya biləcək. Minlərlə insanın həyatı xilas ediləcək və resurslar yalnız daha çox dağıntı və ölümlə nəticələnən müharibədənsə, Ukraynanın bərpasına yatırılacaq”, - Ekman bildirib.

Milyarder Ukraynanın NATO-ya üzvlüyünə də qarşı çıxıb:

“Ukrayna sübut etdi ki, NATO-ya daxil olmadan da özünü müdafiə edə bilər. Düzgün silahlanmaq gələcək təcavüzün qarşısını alacaq. Əgər sülhə gedən yol varsa, biz onunla getməliyik”.

Ekman hesab edir ki, NATO Rusiyaya Ukraynanın alyansa üzv olmayacağına dair zəmanət verə bilər.

Bundan əvvəl milyarder iş adamı İlon Mask Krım yarımadasının Kreml üçün “qırmızı xətt” olduğunu deyib. O, Ukraynanı Rusiyaya güzəştə getməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər