19 Oktyabr 2022 12:46
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Müdafiə naziri Benna Gantz və onun ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı planlaşdırılsa da, son anda ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti İsrail və Ukrayna hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazıb ki oktyabrın 17-də İsrail Ukraynanın danışıqlar tələbini rədd edib.

Ukrayna rəsmiləri bildiriblər ki, danışıqlara əslində İsrail tərəfi başlayıb və bunu bir neçə gün əvvəl edib.

Nəşr xatırladıb ki, planlaşdırılan danışıqlardan bir qədər əvvəl, bazar ertəsi səhər saatlarında Rusiya rəsmisi Dmitri Medvedyev İsrailin Ukraynaya silah vermək niyyətindən qəzəbləndiyini və belə bir addımın Qüdslə Moskva arasında münasibətlərə xələl gətirəcəyi barədə xəbərdarlıq edib.

İsraildəki mənbə bildirib ki, Medvedyevin hücumuna səbəb İsrailin diaspor işləri üzrə naziri Nəhman Şayın ölkəsinin Ukraynaya hərbi yardım göstərməsini müdafiə edən son bəyanatı olub.

“Haaretz”in məlumatına görə, İsrail və Ukrayna arasında koordinasiya yaratmaq üçün müraciətlər bir neçə həftə əvvəl başlayıb. Qanzın yaxın ətrafı danışıqların İsrail müdafiə naziri üçün vacib olduğunu və onun bir neçə gün ərzində Reznikovla danışmaq niyyətində olduğunu bildirib. Ukrayna rəsmiləri planlaşdırılan söhbətin hərbi əməkdaşlıq imkanlarına aid olacağına ümid etdiklərini bildiriblər.

Nəşr xatırladıb ki, Qants və Reznikov sonuncu dəfə apreldə danışıblar. Eyni zamanda, ukraynalı mənbə növbəti söhbətin avqustun 24-nə, Ukraynanın Müstəqillik Gününə planlaşdırıldığını, lakin o vaxtdan bəri beş dəfə təxirə salındığını bildirib. Mənbə vurğulayıb ki, bazar ertəsinə planlaşdırılan zəng, təyin olunan vaxtdan bir neçə saat əvvəl ləğv edən İsrail tərəfi olub.


Müəllif: Nemət

Oxşar xəbərlər