Yunan Kiprinin xarici işlər naziri İoannis Kasulides ABŞ-ın İsrail və Livan arasında dəniz sərhədlərinin razılaşdırılmasındakı vasitəçi roluna diqqət çəkərək, bununla bağlı ölkəsi və Türkiyə arasında da bunu edə biləcəyini söyləyib.
Teleqraf.com xəbər verir ki, Kasulides ilk telefon danışığında məsələni ABŞ dövlət katibinin müşaviri Amos Xoxşteynə çatdırmağı planlaşdırdığını deyib.
Nazir bildirib ki, Cənubi Kipr lideri Nikos Anastasiadis Türkiyə ilə Azad İqtisadi Zona (AİZ) məsələsinin müzakirəsinin tərəfdarı olduğunu açıqlayıb.
“Bu, ikinci dəfə Kipr və Türkiyə arasında edilə bilər”, - Kasulides vurğulayıb.
Türkiyə Kipr Respublikasını dövlət olaraq tanımır. Ankara Şimali Kipr Türk Cümhuriyyətinin də Cənubi Kipr kimi hüquqlara malik olduğunu bildirir.