“Ukraynaya verilən istənilən silah İranın əlinə keçə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin sabiq baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu İsrail hökumətinin Ukrayna-Rusiya müharibəsi ilə bağlı hazırkı siyasətinin ehtiyatlı olduğuna inandığını söyləyib.
Keçmiş baş nazir Ukraynaya silah verilməsi ideyasını rədd edib.
“Silahlar məsələsində həmişə belə bir ehtimal var və bu dəfələrlə olub ki, döyüşlər gedərkən tədarük etdiyimiz silahlar İranın əlinə keçib, sonra bizə qarşı istifadə edib. İranın Livanda bizə qarşı ikinci terror cəbhəsi yaratmasının qarşısını almağa çalışdığımız Colan Təpələrində İsrail istehsalı silahlarla qarşılaşırıq”, - keçmiş baş nazir bildirib.
Netanyahu hesab edir ki, Rusiyanın Ukraynaya təcavüzündə ən böyük təhlükə nüvə silahlarından mümkün istifadə də daxil olmaqla müharibənin qlobal toqquşmaya çevrilə bilməsidir.