Kanada İranın daha 6 vətəndaşına və 4 təşkilatına sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli açıqlama verib.
Bildirilib ki, bu şəxslər və təşkilatlar insan hüquqlarının kobud şəkildə pozulmasına yol veriblər.
Yeni siyahıya İran Konstitusiyasının Keşikçiləri Şurası (İİKK), İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri və İran Yayım Korporasiyasının keçmiş rəhbəri daxildir.