Ukrayna Silahlı Qüvvələri cənubda 43 hərbçi, 6 tank, iki sursat anbarı və bir dron məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı öz "Facebook" səhifəsində məlumat yayıb.
“Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri sutka ərzində 440-dan çox atəş tapşırığı yerinə yetirib. Rus ordusunun itkiləri: 43 əsgər, 6 tank, 9 ədəd zirehli texnika, 2 ədəd 152 kalibrli haubitsa. Poçt maşını və kəşfiyyat dronu və Berislav vilayətində 2 silah-sursat anbarı məhv edilib”, - məlumatda deyilir.
Bu arada, Qara dənizdə rus gəmi qruplaşması Krım sahillərində manevr edən 9 gəmi və qayıqdan ibarətdir. Onların arasında 2 iri desant gəmisi, ümumi yaylım atəşinə malik 2 qanadlı raket daşıyıcısı - 12 kalibr var.